• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Xalq artistinin qızı işdən çıxarıldı - YENİLƏNİB

CƏMİYYƏT

05 Avqust 2023 | 15:29

Xalq artistinin qızı işdən çıxarıldı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisinin vəzifədən azad olunma səbəbi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, sözügedən şəxslər bir vaxtda deyil, müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.

Xatırladaq ki, vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var. /Oxu.az

 

14:56

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin Tibb Mərkəzinin 10-a yaxın tibbi işçisi vəzifədən azad olunub.

Bakıvaxtı.az xəbər verir ki, bir rentgenoloq, iki stomatoloq, üç tibb bacısı və bir terapevt öz ərizələri ilə işdən çıxarılıb.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun müvafiq əmri ilə vəzifəsindən azad olunanlar arasında mərhum Xalq artisti Telman Adıgözəlovun qızı, daxili tibb xidməti kapitanı Aysel Adıgözəlova da var. /Qaynarinfo


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026