• Bakı 11° C

    5.19 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

50 gün əvvəl qəzaya düşən qadın öldü 

CƏMİYYƏT

07 Iyul 2023 | 10:19

50 gün əvvəl qəzaya düşən qadın öldü

Bakıda avtomobil vurması nəticəsində komaya düşən qadın 50 gün sonra dünyasını dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, yol qəzası mayın 17-də Nəsimi rayonu Kövkəb Səfərəliyeva küçəsində baş verib.

Həmin gün saat 12 radələrində Elmin Əsgərov adlı sürücü “Toyota Prius” markalı avtomobilini arxa-arxaya hərəkət etdirərkən yolu keçən Bespalova Yevgeniya Borisovnanı vurub. Ağır kəllə-beyin travması alan qadın koma vəziyyətində xəstəxanaya yerləşdirilib. Tibbi yardıma baxmayaraq o, iyulun 6-sı Yeni Klinikada vəfat edib.

Qeyd edək ki, Yevgeniya Bespalova mədəniyyət sahəsində fəaliyyət göstərirmiş.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026