• Bakı 12° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Ermənistana xəbərdarlıq: "Bu, qəbuledilməzdir"

CƏMİYYƏT

07 Iyun 2023 | 09:54

Ermənistana xəbərdarlıq: "Bu, qəbuledilməzdir"

“Birinci Qarabağ müharibəsindən bu günə kimi Ermənistan silahlı təxribatlar törətməyə davam edir. Bu təxribatlar həmişə sülhə maneə olub”.

Bunu Bakıvaxtı.az-a açıqlamasında hərbi ekspert Emin Həsənli ötən gün Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan ordusunun mövqelərini 6 saatdan çox atəşə tutmasına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyan əvvəllər sələfləri kimi təxribatları törətmədiklərini deyirdilər: “İndi isə Paşinyan etiraf edir ki, Ermənistan ordusunda bəzi generallar 5-ci kalona, Rusiyaya bağlıdır və təxribatı onlar törədir. Bu ölkədə tez-tez müdafiə naziri və baş qərargah rəisi dəyişdirilir. Paşinyan orduya niyə nəzarət edə bilmir? Niyə hələ də ordusu Qarabağdadır?

Paşinyan ordunun Qarabağdan çıxarılması ilə bağlı qərar verməlidir. Əgər qərarı icra olunmasa, bunu dünyaya bildirsin. Amma biz görürük ki, Qarabağda olan hərbçilərə maaş verilir və ərzaq göndərilir. Onlara da Rusiya sülhməramlıları dəstək olur. Bu, qəbuledilməzdir. Bu proses uzun sürməyəcək”.

Ekpsert bildirib ki, danışıqlar nəticə verməsə, Azərbaycan öz ərazilərində antiterror əməliyyat keçirmək hüququnu özündə saxlayır.

Ramid İbrahimov


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026