• Bakı 14° C

    4.61 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Bu ilin ən isti ayı MƏLUM OLDU

CƏMİYYƏT

07 Iyul 2023 | 09:00

Bu ilin ən isti ayı MƏLUM OLDU

2023-cü ilin iyun ayı bu cür statistikanın başlanmasından bəri ən isti ay olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Avropa iqlim xidməti “Copernicus”un məlumatında deyilir.

"İyun 1991-2020-ci illərin orta göstəricisini təqribən 0,5°C üstələyərək dünyada ən isti ayı olub. O, həmçinin 2019-cu ilin iyun ayına qədər olan əvvəlki rekordu əhəmiyyətli fərqlə yenib", - məlumatda deyilir.

Qeyd olunur ki, Avropanın cənub-qərbində rekord yüksək temperatur müşahidə olunub. Kanada, ABŞ, Meksika, Asiya və Avstraliyanın şərqində havanın temperaturu normadan xeyli yüksək olub.

Eyni zamanda, ABŞ, Avstraliya və Rusiyanın qərb bölgələrində iyun ayı həmişəkindən bir qədər soyuq keçib.

Həmçinin bildirilir ki, okeanların səthinin temperaturu əvvəlki bütün iyun ayından daha yüksək olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026