• Bakı 13° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLAR

CƏMİYYƏT

05 Avqust 2023 | 15:17

Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLAR

Salyan rayonunda orta əsrlərə aid divar qalığı və məişət əşyaları tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu və Mədəniyyət Nazirliyinin əməkdaşları tərəfindən rayonda qeydə alınmış abidələrin monitorinqi aparılıb.

Bu zaman qədim yaşayış məskəni olan Qırxçıraq kəndində divar qalığı aşkar edilib.

İnstitutun “Arxeoloji abidələrin toplusu” şöbəsinin müdiri Mikayıl Mustafayevin sözlərinə görə, Qırxçıraq ərazisində divar qalığı ilə yanaşı, şirli-şirsiz saxsı qablar, müxtəlif ölçülü çıraqlar və digər maddi-mədəniyyət nümunələri də aşkar olunub.

Bu ərazinin tarixinin isə XII-XVI əsrlərə aid olduğu bildirilib.


Salyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLARSalyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLARSalyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLARSalyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLARSalyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLARSalyanda orta əsrlərə aid məişət əşyaları aşkarlandı - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026