• Bakı 7° C

    5.74 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zərdabda həyətyanı sahədə yanğın oldu - VİDEO

CƏMİYYƏT

07 Iyul 2023 | 08:56 | Müəllif: Qalib İbrahimoğlu

Zərdabda həyətyanı sahədə yanğın oldu - VİDEO

Zərdabda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Bakıvaxtı.az-a bildirilib ki, yanğın rayonun Qoşaoba kəndində qeydə alınıb. Belə ki, vətəndaşa məxsus həyətyanı sahədə yanğın baş verib.

Dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, vətəndaş Əhmədxan Qasımova məxsus həyətyanı sahəyə yığılmış ot bağlamalarında baş vermiş yanğının qısa müddətdə genişlənərək bitişik yerləşən təsərrüfat obyektinə keçmə riski yüksəkdir.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində yanğın genişlənməsinə, o cümlədən bitişik yerləşən təsərrüfat obyektinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 

Yanğın nəticəsində 12 ton ot bağlamalarının 2 tonu yanıb. Ot bağlamalarının qalan hissəsi və ona bitişik 80m² sahəsi olan təsərrüfat obyekti yanğından mühafizə olunub.

 


Zərdabda həyətyanı sahədə yanğın oldu - VİDEOZərdabda həyətyanı sahədə yanğın oldu - VİDEO
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

08 Noyabr 2026