• Bakı 9° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Benfika" tvitter səhifəsinin adını ukraynalı hücumçunun şərəfinə dəyişib

İDMAN

11 Avqust 2021 | 11:57

"Benfika" tvitter səhifəsinin adını ukraynalı hücumçunun şərəfinə dəyişib

Portuqaliyanın "Benfika" klubu rəsmi tvitter səhifəsinin adını müvəqqəti olaraq dəyişib.

Bakıvaxtı.az xəbər verir ki, Lissabon təmsilçisi bu addımı Rusiyanın "Spartak" (Moskva) komandasına qarşı UEFA Çempionlar Liqasının cavab oyununda qol vuran ukraynalı hücumçu Roman Yaremçukun şərəfinə atıb.

Azarkeşlər sosial şəbəkələrdə aktivlik göstərərək, klubdan 26 yaşlı forvardın fotosunu yayımlamağı tələb ediblər. Bu isə sonda səhifənin adının dəyişdirilməsi ilə nəticələnib. Hazırda "Benfika"nın tvitter səhifəsi "Benfikaçuk" adlanır.

Qeyd edək ki, görüş portuqaliyalıların 260 hesablı qələbəsi ilə başa çatıb. Yaremçuk matçın əsas vaxtına əlavə olunmuş 2-ci dəqiqədə fərqlənsə də, qol "Spartak"ın müdafiəçisi Samuel Jiqonun passivinə yazılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Noyabr 2026
28 Noyabr 2026