• Bakı 20° C

    5.23 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Makron Mbappeni razı salmağa çalışacaq

İDMAN

09 Sentyabr 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Makron Mbappeni razı salmağa çalışacaq

Fransa prezidenti Emmanuel Makron PSJ-nin futbolçusu Kilian Mbappenin Paris təmsilçisində qalmasını istəyir.

Bakıvaxtı.az "Marca"ya istinadən xəbər verir ki, dövlət başçısı 22 yaşlı hücumçu ilə yeni müqavilə imzalanması ilə bağlı danışıqlara qatılıb. Makronun fransalı oyunçunu müqavilənin müddətini uzatmağa razı salmaq üçün onunla şəxsi yazışmalara başladığı vurğulanıb.

Qeyd edək ki, Mbappe daha əvvəl klubunun bir neçə təklifini rədd edib. PSJ-nin oyunçuya oktyabrda növbəti müqavilə təklif edəcəyi bildirilir.

 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR