“Qalatasaray” heyətinə daha bir futbolçu qatmağa hazırlaşır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən, İstanbul təmsilçisi “Famalikao”nun oyunçusu Qustavo Assunçao ilə razılaşıb. 21 yaşlı braziliyalı yarımmüdafiəçi icarə əsasında 1 il "Qalatasaray"da çıxış edəcək.
Qeyd edək ki, “Atletiko”nun yetirməsi olan Qustavo Assunçao 2019-cu ildən “Famalikao”da çıxış edir.
















