"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldo İngiltərə Premyer Liqasında sentyabrın ən yaxşı oyunçusu olmasını şərh edib.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı o, özünün "İnstaqram" səhifəsində yazıb:
"Premyer Liqada çox yaxşı futbolçular arasında ayın oyunçusu seçilməyimdən qürur duyuram. "Mançester Yunayted"dəki bütün komanda yoldaşlarımın sayəsində bunu bacardım. Onlarsız buna nail ola bilməzdim. Gəlin çox çalışaq, nəticələr gələcək".
















