• Bakı 13° C

    1.79 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

"Qəbələ" "Səbail"i məğlub edərək ikinci pilləyə yüksəldi

İDMAN

07 Noyabr 2021 | 17:21

"Qəbələ" "Səbail"i məğlub edərək ikinci pilləyə yüksəldi

Futbol üzrə Azərbaycan Premyer Liqasında X turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, "Zəfər turu"nda günün ilk qarşılaşması "Səbail" və "Qəbələ" komandaları arasında olub.

Matç əyalət təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. İlk qolu 88-ci dəqiqədə Emil Səfərov vurub. 90+5-ci dəqiqədə Məqsəd İsayev fərqi iki topa çatdırıb.

56-cı diqəqədə paytaxt klubunda Yurgen Qoca ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Bu nəticədən sonra xallarının sayını 18-ə çatdıran "qırmızı-qaralar" 2-ci pilləyə yüksəlib. 9 xala malik "dənizçilər" isə 7-ci sıradadır.

Qeyd edək ki, tura bu gün oynanılacaq "Sumqayıt" - "Qarabağ" matçı ilə yekun vurulacaq. "Zəfər turu"nun digər qarşılaşmalarında "Keşlə" evdə "Neftçi"ni 3:2 hesabı ilə üstələyib. "Sabah" - "Zirə" görüşündə isə heç-heçə qeydə alınıb - 3:3.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026