• Bakı 19° C

    1.75 m/s

  • USD - 1.7

    EUR - 1.9312

    RUB - 2.0118

UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

İDMAN

07 Dekabr 2021 | 14:49 | Müəllif: Subhan Mahmudov

UEFA "Qarabağ"ın oyununa təyinatları açıqladı

Konfrans Liqasının qrup mərhələsinin sonuncu turunda keçiriləcək "Bazel" - "Qarabağ" oyunu üçün hakim təyinatları açıqlanıb.

Bakıvaxtı.az xəbər verir ki, matçı Xorvatiya Futbol Federasiyasından Fran Yoviç idarə edəcək. Ona  Hrvoye Radiç və Luka Puşiç köməklik göstərəcək. Dördüncü hakim funksiyasını İvana Martinçiç yerinə yetirəcək.

Qeyd edək ki, dekabrın 9-u keçiriləcək "Bazel" - "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

29 Sentyabr 2026