• Bakı 21° C

    2.25 m/s

  • USD - 1.7

    EUR - 1.9776

    RUB - 1.9766

Lukaku üzr istədi

İDMAN

05 Yanvar 2022 | 14:29 | Müəllif: Subhan Mahmudov

Lukaku üzr istədi

"Çelsi"nin hücumçusu Romelu Lukaku qalmaqallı açıqlamasına görə üzr istəyib.

Bakıvaxtı.az xəbər verir ki, Belçika millisini üzvü klubun mətbuat xidmətinə açıqlamasında bildirib: "Sözlərimlə yaratdığım çaşqınlığa görə azarkeşlərdən üzr istəyirəm. Siz yaxşı bilirsiniz ki, mən uzun illərdir bu kluba bağlıyam, ona görə də indi sizin hisslərinizi başa düşürəm. Əlbəttə ki, qarşıdakı həftələrdə mənim vəzifəm sizin inamınızı bərpa etmək olacaq. Həm məşqdə, həm də matçlarda əlimdən gələni edəcəyəm".

Xatırladaq ki, Romelu Lukaku açıqlamasında komandanın oyun sistemini tənqid edib, “Çelsi”də xoşbəxt olmadığını və “İnter”dən ötrü darıxdığını bildirib. "Çelsi" isə bu açıqlamaya görə onu  500 min funt sterlinq məbləğində cərimələyib.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

09 Sentyabr 2026