Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Omar Elabdellauidə koronavirus aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat futbol klubunun saytında iyer alıb. Karantinə alınan Mərakeş əsilli norveçli müdafiəçinin müalicəsinə başlanılıb.
Qeyd edək ki, 2020-ci ilin dekabrında əlində fişəng partladığı üçün üzündən xəsarət alan 31 yaşlı oyunçu zədədən yenicə qayıtmışdı.
















