• Bakı 8° C

    0.18 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Azərbaycan qılıncoynadanı qızıl medal qazandı

İDMAN

05 Mart 2022 | 20:22 | Müəllif: Subhan Mahmudov

Azərbaycan qılıncoynadanı qızıl medal qazandı

Azərbaycan qılıncoynadanı Anna Başta Yunanıstanın paytaxtı Afinada keçirilən Dünya Kubokunun mərhələ yarışında qızıl medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan milli komandanın lideri ilk görüşündə ispaniyalı Selia Suensa Perezə 15:8 hesabı ilə qalib gəlib.

O, ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən qarşılaşmada italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Başta yarımfinala vəsiqə uğrunda fransalı Sara Noutça ilə üz-üzə gəlib. Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadan yarımfinalda polşalı Silvia Matuszaka da şans verməyib - 15:13.

Onun finaldakı rəqibi ispaniyalı Lusia Martin-Portuges olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.

Qeyd edək ki, Anna Başta daha əvvəl Bolqarıstanın Plovdiv şəhərində keçirilmiş Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR