• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

"Benfika"dan "Beşiktaş"a

İDMAN

04 Fevral 2022 | 00:23 | Müəllif: Subhan Mahmudov

"Benfika"dan "Beşiktaş"a

Türkiyənin "Beşiktaş" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Bakıvaxtı.az xəbər verir ki, İstanbul təmsilçisi "Benfika"nın yarımmüdafiəçisi Gedson Fernandesi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı futbolçu ilə  4+1 illik müqavilə imzalanıb. "Qara qartallar" Fernandes üçün Portuqaliya klubuna 6 milyon avro ödəyəcək.

Qeyd edək ki, Gedson Fernandes 2021/2022-ci il mövsümünün ikinci yarısını icarə əsasında Türkiyənin "Rizəspor" klubunda keçirəcək.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026