• Bakı 12° C

    5.43 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Böyük Dəbilqədə 6 cüdoçumüz mübarizə aparacaq

İDMAN

03 Fevral 2022 | 22:21 | Müəllif: Subhan Mahmudov

Böyük Dəbilqədə 6 cüdoçumüz mübarizə aparacaq

Fransanın paytaxtı Parisdə keçiriləcək Böyük Dəbilqə turnirində iştirak edəcək Azərbaycan cüdoçuları bəlli olub.

Federasiyadan Bakıvaxtı.az-a verilən məlumata görə, yarışda ölkəni Mövlud Mirəliyevin rəhbərlik etdiyi kişilərdən ibarət milli komanda təmsil edəcək.

Medallar uğrunda Kəramət Hüseynov (60 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauri (+100 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, 54 ölkədən 308 idmançının qatılacağı Böyük Dəbilqə 5-6 fevralda təşkil olunacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026