• Bakı 18° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.9014

    RUB - 2.0238

2021-ci ilin ən yaxşı yığma baş məşqçisi açıqlandı

İDMAN

06 Dekabr 2021 | 09:05

2021-ci ilin ən yaxşı yığma baş məşqçisi açıqlandı

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci ilin ən yaxşı yığma baş məşqçisini açıqlayıb.

Bakıvaxtı.az IFFHS-in rəsmi saytına istinadən xəbər verir ki, bu ada İtaliya millisinə rəhbərlik edən Roberto Mançini layiq görülüb.

57 yaşlı mütəxəssis 225 xalla bütün rəqiblərini qabaqlayıb. Argentina seçməsindən Lionel Skaloni 30 xalla ikinci, Fransa yığmasının baş məşqçisi Didye Deşam 25 xalla üçüncü yeri tutub.

Əlcəzair komandasının sükanı arxasında olan Camel Belmadi və Braziliya millisindən Tite 15 xalla 4-5-ci yerləri bölüşdürür.

Qeyd edək ki, İtaliya yığması bu il keçirilmiş Avropa çempionatının qalibi olub.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR