• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

“Yuventus” “Barselona”dan şikayət edəcək

İDMAN

04 Yanvar 2022 | 17:10 | Müəllif: Subhan Mahmudov

“Yuventus” “Barselona”dan şikayət edəcək

"Yuventus" "Barselona"nın hücumçu Alvaro Morata ilə danışıq aparmasından narazıdır.

Bakıvaxtı.az-ın  məlumatına görə, Turin təmsilçisi bununla bağlı lazımi orqanlara şikayət etməyə hazırlaşır.

Çünki A seriyası təmsilçisi icarə əsasında bu komandada çıxış edən Morata ilə ispanların icazəsiz danışıq apardığını düşünür. Buna baxmayaraq, "qoca sinyora" ulduz futbolçuya əvəzləyici axtarışına da başlayıb.

La Liqa təmsilçisi Moratanın keçidi məsələsində onun müqavilə ilə məxsus olduğu "Atletiko" rəhbərliyi ilə 95 faiz anlaşma əldə edib. İndi qalır "Yuventus"u mövsümün sonuna qədər olan icarə müqaviləsinə xitam verməyə razı salmaq.

30 yaşlı oyunçunun "Barselona" ilə tezliklə ən azı 1,5 illik müqavilə imzalaması gözlənilir.(apasport.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026