• Bakı 13° C

    6.56 m/s

  • USD - 1.7

    EUR - 1.8637

    RUB - 2.063

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

İDMAN

03 Fevral 2022 | 14:13

“Qarabağ”ın oyununun vaxtı dəyişdirildi

Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarının təqvimi müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq:

Azərbaycanı UEFA Konfrans Liqasının pley-off mərhələsində təmsil edəcək “Qarabağ” “Keşlə”yə qarşı səfər oyununun vaxtının bir gün dəyişdirilməsi ilə bağlı Peşəkar Futbol Liqasına (PFL) müraciət edib.

Yarışların Əsasnaməsini və “Keşlə” klubunun razılıq məktubunu rəhbər tutan PFL “Keşlə”- “Qarabağ” oyununu fevralın 12-dən fevralın 11-nə keçirilib.

11 fevral (cümə)

18:00. “Keşlə” – “Qarabağ”
“ASK Arena”
12 fevral (şənbə)

16:00. “Sabah” – “Neftçi”
“Bank Respublika Arena”

13 fevral (bazar)
15:00. “Qəbələ” – “Sumqayıt”
Qəbələ şəhər stadionu

18:00. “Səbail” – “Zirə”
“ASCO Arena”


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR