PSJ-nin futbolçusu Serxio Ramos Çempionlar Liqasının 1/8 finalında "Real"la görüşü buraxacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Le Parisien" məlumat yayıb. 34 yaşlı müdafiəçi zədəlidir. Onun Madrid təmsilçisi ilə görüşədək hazır olmayacağı bildirilib.
Qeyd edək ki, PSJ Çempionlar Liqasında fevralın 15-də Fransada “Real”ı qəbul edəcək.
















