"Qalatasaray"ın baş məşqçisi Fatih Terim rəsmi "Twitter" hesabında haqqında deyilənlərlə bağlı açıqlama verib.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadən bildirir ki, bu xəbərləri böyük diqqətlə izlədiyini bildirən Terim vəzifəsinin başında olduğunu açıqlayıb.
"Fatih Terim və "Qalatasaray" adından hiss edilən narahatlığın yeni olmadığını bilirəm. Nəhayət, klubun gələcəyi üçün onlar öz adını və karyerasını riskə atmaqdan çəkinməyən cəsur insanların seçəcəyi komandanı sona qədər izləyəcək. Biz bu yola Prezidentimizin dəstəyi, İdarə Heyətimizin və tərəfdarlarımızın etimadı ilə çıxdıq. Prezidentimizin və İdarə Heyətinin səbri və təşəbbüsü çərçivəsində maksimum səylə işləməyə davam edəcəyəm", - deyə 68 yaşlı məşqçi yazıb.















