• Bakı 21° C

    1.5 m/s

  • USD - 1.7

    EUR - 1.909

    RUB - 2.029

"Anji" klubunun prezidentinə 6 aylıq şərti cəza

İDMAN

06 Dekabr 2021 | 19:35 | Müəllif: Subhan Mahmudov

"Anji" klubunun prezidentinə 6 aylıq şərti cəza

Rusiyanın "Anji" klubunun prezidenti Osman Kadiyev 6 ay müddətinə futboldan kənarlaşdırılıb.

Bakıvaxtı.az Rusiya Futbol İttifaqının rəsmi saytına istinadən xəbər verir ki, buna funksionerin evdə "Drujba" komandası ilə qolsuz heç-heçə etdikləri Milli Futbol Liqasının (NFL) oyununda meydana girməsi səbəb olub. O, əvvəlcə hakimlərlə aqressiv danışıb, daha sonra isə onların otağına daxil olaraq kobud rəftar edib.

Kadiyevin cəzası şərti xarakter daşıyır. Klub prezidenti həmçinin 125 000 Rusiya rublu məbləğində cərimələnib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

16 Oktyabr 2026