• Bakı 8° C

    5.55 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Messi koronavirusdan sağaldı

İDMAN

05 Yanvar 2022 | 13:03

Messi koronavirusdan sağaldı

PSJ-nin hücumçusu Lionel Messi sağalıb.

Bakıvaxtı.az-ın məlumatına görə, argentinalı superulduzun koronavirus testi neqativ çıxıb.

Dekabrın 28-də koronavirusa yoluxan 35 yaşlı hücumçunun 8 gün sonra Rosariodakı testi neqativ nəticələndiyindən, o, ailəsi ilə birlikdə Parisə qayıdıb. Leo virusun hər hansı fiziki fəsad verib-vermədiyini öyrənmək üçün əlavə testlərdən keçəcək. Futbolçunun səhhəti qaydasında olsa, baş məşqçi Mauritsio Poçettino yanvarın 9-da Fransa Liqa1-nin XX turunda “Lion”la səfər matçında onun xidmətindən yararlanmaq niyyətindədir.

Qeyd edək ki, Fransada üç doza ilə peyvənd olunmuş şəxslərin karantin müddəti beş gündür.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

15 Noyabr 2026