• Bakı 12° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

İbrahimoviç Çalhanoğlunu tənqid etdi

İDMAN

07 Dekabr 2021 | 15:43 | Müəllif: Subhan Mahmudov

İbrahimoviç Çalhanoğlunu tənqid etdi

"Milan"ın hücumçusu Zlatan İbrahimoviç keçmiş komanda yoldaşı Hakan Çalhanoğlunu "İnter"ə keçdiyi üçün tənqid edib. 

Bakıvaxtı.az “Calciomercato” xəbər verir ki, o, yayda türkiyəli oyunçunun “İnter”in digər yarımmüdafiəçisi Kristian Eriksenin yaşadıqlarından istifadə edərək A seriyası təmsilçisinə transfer olunduğunu deyib: 

“Bəli, biz Çalhanoğluya komandamıza etdiyi xidmətlərə görə minnətdarıq və ona gələcək üçün ən yaxşısını arzulamaq istəyirik. Bəlkə də sözlərim xoşagəlməz səslənəcək, amma inanıram ki, Çalhanoğlu faciədən istifadə edib. Avro-2020-nin Danimarka - Finlandiya matçı zamanı Kristian Eriksenin yaşadıqlarından yararlanıb. Bu mövqe üçün "İnter"in təcili bir oyunçu alması lazım idi. Ona görə də qapı Hakan üçün açıldı. Bundan əvvəl nə "İnter"dən, nə də başqa klubdan ona təklif olub". 

Qeyd edək ki,  Çalhanoğlu 2021-ci ilin yayında “Milan” ilə müqaviləsini uzatmaqdan imtina edərək azad agent kimi “İnter”ə keçmişdi.

Xatırladaq ki,  Avro-2020-nin qrup mərhələsində iyunun 12-də Finlandiya ilə keçirlən görüşün ilk hissəsində huşunu itirən Danimarka millisinin üzvü Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.(qol.az)


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026