• Bakı 5° C

    1.63 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşdi

İDMAN

06 Dekabr 2021 | 14:29

"Beşiktaş" "Borussiya" ilə oyundan əvvəl daha bir ciddi itki ilə üzləşdi

Türkiyənin "Beşiktaş" komandası Almaniyada Dortmund "Borussiya"sına qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsinin VI tur oyununa ciddi itki ilə çıxacaq.

Bakıvaxtı.az İstanbul təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi Miralem Pyaniç qarşılaşmanı buraxmalı olacaq.

31 yaşlı oyunçuya tənəffüs yollarının infeksiyası diaqnozu qoyulub və onun müalicəsinə başlanılıb. Daha əvvəl Kevin N Kudunun 3 ay yaşıl meydanlardan kənarda qalacağı dəqiqləşib.

Qeyd edək ki, dekabrın 7-də oynanılacaq "Borussiya" - "Beşiktaş" görüşü Bakı vaxtı ilə saat 24:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR