• Bakı 23° C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

Xavi “Barselona”nın baş məşqçisi oldu

İDMAN

06 Noyabr 2021 | 09:10 | Müəllif: Subhan Mahmudov

Xavi “Barselona”nın baş məşqçisi oldu

İspaniyalı mütəxəssis Xavi "Barselona" klubunun baş məşqçisi təyin olunub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

Kataloniya təmsilçisi 41 yaşlı mütəxəssislə 2024-cü ilin yayınadək müqavilə imzalayıb.

Qeyd edək ki, "Barselona"nın sabiq baş məşqçisi Ronald Kuman "Rayo Valyekano"ya 0:1 hesabı ilə uduzduqları XI tur oyunundan sonra istefa verib. Kataloniyalıların yetirməsi olan Xavi 1997 - 2015-ci illərdə əsas komandanın formasını geyinib.

2015 - 2019-cu illərdə Qətərin "Əl-Sədd" klubunda oynayan keçmiş yarımmüdafiəçi, 2019-cu ildə baş məşqçi təyin olunub. Onun "Əl Sədd"lə 2023-cü ilədək müqaviləsi var.

Daha əvvəl mətbuatda "Əl Sədd" rəhbərliyinin Xavi Ernandesi buraxmaq üçün "Barselona"dan 1 milyon avro təzminat tələb etdiyi yazılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR