• Bakı 12° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

İngiltərənin tanınmış futbol klubu satıldı

İDMAN

07 Oktyabr 2021 | 21:21

İngiltərənin tanınmış futbol klubu satıldı

İngiltərənin köklü futbol komandalarından "Nyukasl"ın yeni sahibi müəyyənləşib.

Bakıvaxtı.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin səhmlərini Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondu alıb.

Tərəflər arasındakı bütün hüquqi fikir ayrılıqlarının həll edildiyi və Səudiyyə Ərəbistanı Krallığının kluba nəzarət etməyəcəyinə dair zəmanət verdiyi bildirilib. Potensial müqavilənin dəyəri 300 milyon funt sterlinqdir.

Qeyd edək ki, 1892-ci ildə əsası qoyulmuş "Nyukasl" klubu daha əvvəl iş adamı Mayk Eşliyə məxsus idi. O, 14 ildir Nyukasl təmsilçisinə rəhbərlik edirdi.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026