• Bakı 11° C

    2.15 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Formula 1 bolidlərinin ölçüsü azaldılacaq

İDMAN

05 Noyabr 2021 | 20:47

Formula 1 bolidlərinin ölçüsü azaldılacaq

Formula 1-də hər yeni reqlament dəyişikliyi komandalar arasında rəqabətin artmasına şərait yaradır.

Bununla yanaşı, bolidlər də müasirləşir.

Bakıvaxtı.az xəbər verir ki, hazırda “Kral avtoyarışları”nda müzakirə olunan problemlərdən biri yürüş maşınlarının çəkisi ilə bağlıdır. Artıq 2026-cı ildən bu problem yoluna qoyulacaq.

Formula 1-in idman direktoru Ross Braun mətbuata açıqlamasında 5 ildən sonra bu istiqamətdə müəyyən irəliləyişin əldə olunacağını söyləyib. Onun sözlərinə görə, mühərriklərin daha sadə metodlarla işləməsi bolidlərin çəkisinə də təsir edəcək. Nəticədə yarış avtomobillərinin ölçüsü də azaldılacaq.

Tərcümə şöbəsi

Bakıvaxtı.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Noyabr 2026