• Bakı 8° C

    1.54 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı

İDMAN

06 Noyabr 2021 | 00:38

Ramilə Əliyeva Avropa çempionatında gümüş medal qazandı

Macarıstanın Budapeşt şəhərində 23 yaşadək cüdoçular arasında keçirilən Avropa çempionatında Azərbaycan təmsilçisi Ramilə Əliyeva gümüş medal qazanıb.

Bakıvaxtı.az xəbər verir ki, qitə çempionatında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan qadın cüdoçumuz ilk qarşılaşmasında Paulina Zlaşta (Polşa), daha sonra portuqaliyalı Raquel Britoya qalib gələrək yarımfinala yüksəlib.

Cüdoçumuz bu mərhələdə ispaniyalı Mireia Lapertanı məğlub edərək finala vəsiqə qazansa da, həlledici mərhələdə Serbiya təmsilçisi Andreya Stojadinova uduzaraq ikinci yerlə kifayətlənib.

Noyabrın 7-dək davam edəcək yarışda 38 ölkədən 300-ə yaxın cüdoçu iştirak edir. Azərbaycan komandası turnirdə 8 idmançı ilə təmsil olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026