• Bakı 21° C

    5.88 m/s

  • USD - 1.7

    EUR - 1.9627

    RUB - 2.0178

Yunan-Roma güləşçilərimiz yarımfinala yüksəldi

İDMAN

07 Oktyabr 2021 | 16:53 | Müəllif: Subhan Mahmudov

Yunan-Roma güləşçilərimiz yarımfinala yüksəldi

Azərbaycanın 3 Yunan-Roma güləşçisi Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında yarımfinala yüksəlib.

Bakıvaxtı.az xəbər verir ki, 55 kq çəki dərəcəsində mübarizə aparan Eldəniz Əzizli ardıcıl olaraq ukraynalı Koriun Sahradian və qırğız rəqibi Sardarbek Konuşbayevi məğlub edib. O, finala gedən yolda Ken Matsui (Yaponiya) ilə üz-üzə gələcək.

77 kq çəkidəki Sənan Süleymanov Kayratbek Tuqolbayev (Qırğızıstan), Daler Rzazadə (Tacikistan) və Roland Şvartsa (Almaniya) qalib gəlib. O, yarımfinalda Timur Berdıyev (Belarus) ilə görüşəcək.

Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, 82 kq çəkidəki Rafiq Hüseynov isə Ranet Kaljola (Estoniya), Kalidin Asikayev (Qırğızıstan) və Aleks Kessidisə (İsveç) qalib gələrək adını yarımfinala yazdırıb və Adlan Akiyevə (Rusiya) rəqib olub. O, dünya ikincisi Kessidislə görüşdə 0:6 hesabıyla geridə olsa da, ikinci hissədə geridönüş edərək 7:6 hesabıyla qalib gəlib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR