• Bakı 24° C

    19.9 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

Azərbaycanla oyundan əvvəl təcrid olundular

İDMAN

08 Oktyabr 2021 | 20:00 | Müəllif: Subhan Mahmudov

Azərbaycanla oyundan əvvəl təcrid olundular

Azərbaycan millisinin DÇ-2022-nin seçmə mərhələsindəki rəqibi İrlandiya yığması komandamızla oyuna itkilərlə çıxa bilər. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Stiven Kenni "otbsports.com"a açıqlamasında deyib. O, iki futbolçusunun -  Adam İda və Ceyson Naytın xəstələndiyini bildirib. Kenni hər iki futbolçunun təcrid olunmasına baxmayaraq, onların koronavirus testlərinin mənfi çıxdığını deyib: 

"Onlar koronavirusa yoluxmayıblar. Yəqin, bu, səfərdən qaynaqlanan problemdir. Hər ikisinin yüksək hərarəti var və öz otaqlarında təcrid olunublar. Sadəcə, Nayt özünü daha pis hiss edir".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - İrlandiya matçı saat 20:00-da başlayacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

06 Sentyabr 2026