Bərdədə ev yanıb.
Bakıvaxtı.az-ın FHN-ə istinadən məlumatına görə, yanğın rayonun Qaradırnaq kəndində qeydə alınıb. Ümumi sahəsi 110 m² olan kürsülü, birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örtüyü 80 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
















