• Bakı 12° C

    5.17 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Ağstafada yol QƏZASI - Ölən var (YENİLƏNİB)

HADİSƏ

25 Mart 2022 | 20:11

Ağstafada yol QƏZASI - Ölən var (YENİLƏNİB)

Ağstafada yol qəzasında ölən sürücünün kimliyi məlum olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, o, Dağ Kəsəmən kənd sakini, 35 yaşlı Teymur Mahmud oğlu Salıfovdur.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi Dağ Kəsəmən kəndində qeydə alınıb. "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

*** 19:36

Ağstafa rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Bakıvaxtı.az report-a istinadən xəbər verir ki, yol qəzası Dağ Kəsəmən kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində sürücü ağır xəsarətlər alıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026