Şəmkir rayonunda əqrəb sancma hadisəsi baş verib.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə rayonun Keçili kəndi ərazisində qeydə alınıb.
Kənd sakini, 1996-cı il təvəllüdlü Babək Qəhrəmanovu həyətində ayaq nahiyəsindən əqrəb sancıb. O, xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.
















