• Bakı 26° C

    0.88 m/s

  • USD - 1.7

    EUR - 1.9409

    RUB - 2.1107

Tərtərdə kanala girən 4 nəfəri su apardı - 1 nəfərin meyiti tapıldı - YENİLƏNİB

HADİSƏ

03 Avqust 2025 | 19:38

Tərtərdə kanala girən 4 nəfəri su apardı - 1 nəfərin meyiti tapıldı - YENİLƏNİB

Tərtər rayonunda kanalda boğularaq ölənin kimliyi məlum olub.

Bakıvaxtı.az xəbər verir ki, meyiti kanaldan tapılan Bərdə rayon Körpüqıran kənd sakini 1994-cü il təvəllüdlü Hüseynov Natiq Namiq oğludur.

Qeyd edək ki, Tərtərdə kanalda batan Bərdə sakinlərindən üç nəfəri FHN-nin əməkdaşları kanaldan çıxararaq xilas edib.

 

17:53

Tərtərdə 3 nəfər su kanalında itkin düşüb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Cəmilli kəndi ərazisində baş verib.

İlkin məlumata görə, Bərdənin 4 sakini çimmək üçün Suqovuşan-Goranboy beton su kanalına düşüblər. Kanalda axın güclü olduğundan onların hamısını su aparıb. Kənd sakinləri kanalda boğulmaq təhlükəsi ilə üzləşən bir nəfəri xilas ediblər, o, təcili yardım maşını ilə rayon xəstəxanasına göndərilib. Bir nəfərin isə öldüyü bildirilir. Digər 2 şəxsdən isə xəbər yoxdur.

Hazırda hüquq-mühafizə əməkdaşları hadisənin baş verdiyi ərazidədirlər.


SON XƏBƏRLƏR

02 Avqust 2025