• Bakı 15° C

    1.83 m/s

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

CƏMİYYƏT

06 Avqust 2021 | 09:41

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib

Bərdədə karantin qaydalarının pozulduğu toylar aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Bakıvaxtı.az-a verilən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində şəhər ərazisində, eləcə də rayonun Mollagüllər, Qaraqoyunlu və İmamqulubəyli kəndlərində yerləşən 4 fərdi yaşayış evində keçirilən toy məclisində qonaqların sayının normadan artıq olduğu aşkar edilib.

Qayda pozuntularına yol vermiş ev sahibləri barədə inzibati qaydada tədbirlər görülüb.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR