Berlində mayın 8-i və 9-da Rusiya bayraqlarının və simvollarının nümayişi qadağan olunub.
Bakıvaxtı.az xəbər verir ki, məsələ ilə bağlı Berlin Ali İnzibati Məhkəməsi yerli polisin şikayətini təmin edib.
Məlumata görə, məhkəmə hüquq-mühafizə orqanları əməkdaşlarının milli parklarda Rusiya bayraqlarının asılmasına icazə verilməməsi ilə bağlı iddiasını qəbul edib.
















