• Bakı 15° C

    2.8 m/s

  • USD - 1.7

    EUR - 1.8257

    RUB - 0.0186

Ərdoğan Şarl Mişellə müzakirə apardı

DÜNYA

07 Iyun 2023 | 19:59

Ərdoğan Şarl Mişellə müzakirə apardı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Avropa İttifaqı (Aİ) Şurasının sədri Şarl Mişel arasında telefon danışığı olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.

Məlumata görə, Ş.Mişel Prezident Ərdoğana telefonla zəng edərək onu yenidən prezident seçilməsi münasibətilə təbrik edib.

Telefon danışığı zamanı regional məsələlər də müzakirə edilib.

R.T.Ərdoğan Avropa üçün böyük strateji dəyəri olan Türkiyənin Aİ-yə tam üzvlüyü istiqamətində konkret bir gündəmlə təmasları bütün səviyələrdə artırmaq lazım olduğunu qeyd edib.

Gömrük İttifaqının yenilənməsi, viza rejiminin liberallaşdırılması, immiqrasiyanın idarə edilməsi və terrorla mübarizə sahələrində əməkdaşlığın əhəmiyyətini vurğulayan prezident Ərdoğan Türkiyəyə ədalətli münasibətin və tamhüquqlu üzvlük perspektivinin dəstəklənməsinin əlaqələrdə yeni üfüqlər açacağını bildirib.


SON XƏBƏRLƏR

08 May 2024