q
  • Bakı 17° C

    2.81 m/s

  • USD - 1.7

    EUR - 1.9977

    RUB - 2.2717

Beton şəhərlər mikroiqlimi məhv edir - Memar

CƏMİYYƏT

08 May 2026 | 16:29

Beton şəhərlər mikroiqlimi məhv edir - Memar

"Qədim şəhərsalma ənənələrində “roza vetrov” prinsipi xüsusi həssaslıqla nəzərə alınırdı. Yəni müəyyən ərazidə küləklərin hansı istiqamətlərdən və hansı intensivliklə əsdiyini göstərən sxem və ya diaqramdır".

Bakıvaxtı.az xəbər verir ki, bunu bərpaçı-memar Ədalət Məmmədov Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Şəhərsalma subyektləri və memarlar üçün ekoloji tələblər, normativ və məhdudiyyətlər” mövzusunda keçirdiyi tədbirdə deyib.

Onun sözlərinə görə, Azərbaycan dilində buna “küləklər qrafiki” və ya “külək istiqamətləri diaqramı” da deyilir:

"Bu anlayış şəhərsalma və bina layihələndirilməsində çox vacib hesab olunur. Memarlar və urbanistlər binanın yerləşdirilməsi, pəncərələrin istiqaməti, həyətlərin planlanması və havalandırma sistemlərini məhz küləyin davranışına uyğun layihələndirirlər”.

Memar bildirib ki,İçərişəhər və Şuşa bunun ən uğurlu nümunələrindən biridir. Belə ki, küçələr və keçidlər elə istiqamətdə salınıb ki, yay aylarında dənizdən gələn meh şəhər daxilində təbii hava dövranı yaradır. Dediyinə görə, Xəzərdən gələn duzlu və təmiz hava küçələri daim havalandırır, bu isə tarixən gigiyenik və sanitar baxımdan müsbət mühit formalaşdırıb.

Onun fikrincə, məhz bu memarlıq yanaşması sayəsində İçərişəhərdə ağır epidemioloji problemlər demək olar ki, müşahidə olunmayıb. Eyni zamanda, küçələrin dar və xüsusi bucaq altında planlaşdırılması qış aylarında sərt Xəzri küləyinin birbaşa təsirini zəiflədib. Nəticədə, ərazi nə yayda həddindən artıq isti, nə də qışda çox sərt iqlim hiss etdirir.

Bərpaçı memar vurğulayıb ki, qədim memarlıqda təbiətlə uyğunlaşma əsas prinsip idi, lakin müasir tikinti layihələrinin bir çoxunda bu amillər kifayət qədər nəzərə alınmır. Onun sözlərinə görə, hündür və sıx tikililər hava axınlarını kəsir, şəhərlərdə “beton istilik effekti” yaradır və mikroiqlim balansını pozur. Ədalət Məmmədov hesab edir ki, gələcəyin şəhərsalması üçün ənənəvi memarlıq təcrübəsinə yenidən qayıtmaq vacibdir.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR