q
  • Bakı 18° C

    2.72 m/s

  • USD - 1.7

    EUR - 2.003

    RUB - 2.2257

Beynəlxalq axtarışda olan şəxslər İstanbulda TUTULDU

CƏMİYYƏT

15 Dekabr 2023 | 09:49

Beynəlxalq axtarışda olan şəxslər İstanbulda TUTULDU

İnterpol xətti ilə qırmızı bülletenlə beynəlxalq axtarışda olan iki nəfər İstanbulda saxlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya “X”də yazıb.

O bildirib ki, ingilis Mohammad Zakir və çinəsilli Çen Xuefenf “Kafes-20” əməliyyatı çərçivəsində tutulub.

M.Zakir narkotikin yayılmasına, Ç.Xuefeng isə ağır yaralamaya görə axtarılırdı.

A.Yerlikaya beynəlxalq və milli təhlükəsizliyə təhdid yaradan bütün ünsürlərə qarşı mübarizənin davam edəcəyini bildirib.


SON XƏBƏRLƏR

18 Aprel 2026