• Bakı 14° C

    5.6 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Şamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİB

CƏMİYYƏT

13 Yanvar 2024 | 21:04 | Müəllif: Subhan Mahmudov

Şamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİB

Şamaxı-İsmayıllı avtomobil yollarında hərəkət təşkil olunur.

DİN-in Mətbuat Xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, yollara xüsusi avtomobillərlə qum və duz səpilir.

Hərəkət dayandırılmayıb. Tədbirlər davam edir.

***

Güclü qar səbəbindən bağlanan Şamaxı-İsmayıllı avtomobil yolunda hərəkət qismən bərpa olunub.

Bakıvaxtı.az xəbər verir ki, əraziyə Daxili İşlər Nazirliyinin əməkdaşları və aidiyyəti qurumların canlı qüvvəsi, texnikası cəlb edilib.

 

***21:05

Şamaxı-İsmayıllı avtomobil yolunda hava şəraiti ilə əlaqədar əraziyə polis əməkdaşları əlavə heyətlə xidmətə çıxarılıb.

DİN-in mətbuat xidmətindən Bakıvaxtı.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Avtomobillərdə olan şəxslərin vəziyyəti öyrənilməklə sürücü və sərnişinlərə köməklik göstərilir, vətəndaşların təhlükəsizliyi təmin olunur.

DYP ilə yanaşı, Şamaxı, İsmayıllı və Ağsu rayon polis şöbələrinin əməkdaşları ərazidə xidmətə cəlb edilib.

Tədbirlər davam edir.

 

20:07

Güclü yağan qar səbəbindən Şamaxı İsmayıllı avtomobil yolunu bağlanıb.

Bakıvaxtı.az xəbər verir ki, hazırda ərazidə 200-dən artıq avtomobil yolda qalib.

İlkin məlumatlara əsasən, Muğanlı dolaylarında qar daha keçilməzdir. Qarın qalınlığı 10 sm artıqdır, yollar buz bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub.

Yolların buz bağlaması səbəbindən ərazidə bir neçə zəncirvari qəzalar meydana gəlib./apa


Şamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİBŞamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİBŞamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİBŞamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİBŞamaxı-İsmayıllı yolunda hərəkət bərpa olundu - FOTOLAR + YENİLƏNİB
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026