• Bakı 8° C

    2.56 m/s

  • USD - 1.7

    EUR - 1.8805

    RUB - 2.0511

Yol polisindən piyadalara ÇAĞIRIŞ: Balaca addımlar atın...

CƏMİYYƏT

14 Yanvar 2024 | 09:19 | Müəllif: Subhan Mahmudov

Yol polisindən piyadalara ÇAĞIRIŞ: Balaca addımlar atın...

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi piyadalara müraciət edib.

Bakıvaxtı.az xəbər verir ki, müraciətdə deyilir:

“Əziz piyadalar:

- paytaxt ərazisində sürüşkən mərmər səkilərdə hərəkət edərkən diqqətli olun;

- yollarda avtomobilin olmadığından tam əmin olduqdan sonra yolu qarşıdan-qarşıya keçin;

- qarlı-buzlu havalarda hündürdaban ayaqqabı geyinməyin. Ayaqqabının sürüşkən olmadığına və rahat olduğuna fikir verin;

- çöldə olarkən əlinizi cibinizə qoymayın. Çünki yıxıldıqda əlinizlə müvazinəti tənzimləyə bilərsiniz;

- balaca və asta addımlar atın;

- pilləkənləri çıxıb düşərkən ayağınızı pilləkənə tam qoyduğunuza və sürüşmədiyinə tam əmin olun;

- pilləkənlərdən çıxıb düşərkən tutacaqdan istifadə edin;

- yumşaq qar altında bərk buzun ola biləcəyini unutmayın, qara ayaq basarkən ehtiyatlı olun;

- bel, boyun, baş üstə yıxılan adamı tərpətmədən təcili tibbi yardım çağırın”.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR