• Bakı 10° C

    4.63 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı

DÜNYA

13 Aprel 2023 | 19:48 | Müəllif: Subhan Mahmudov

Bill Qeyts keçmişdən özünə yazdığı məktubu tapdı

"Microsoft"un həmtəsisçisi Bill Qeyts 2008-ci ildə özünə göndərdiyi məktubu saytında dərc edib.

Bakıvaxtı.az xəbər verir ki, Qeytsin sözlərinə görə, bu məktubu "Weather for Dummies" kitabı barədə düşünərkən tapıb. Milyarder köhnə elektron məktubların arxivinə nəzər saldığı zaman məlum olub ki, o, 14 il əvvəl, 2008-ci ilin payızında artıq bu kitabdan bəhs edib.

Köhnə bir qeyddə keçmişdən olan Qeyts özü üçün oxunması zəruri olan 25 elmi kitabın siyahısını yazıb.

Qeyts bununla bağlı məlumatları öz bloqunun oxucuları ilə bölüşüb və bildirib ki, vaxtında siyahıda sadalanan bütün kitabları oxuyub. O qeyd edib ki, hətta bu gün də oradan əldə etdiyi biliklərə arxalanır.

Milyarder vurğulayıb ki, o indi bədii ədəbiyyata həsr etməyə özünə asudə vaxt ayırır və detektiv hekayələri oxumağı da xoşlayır./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Noyabr 2026