Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, Davit Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə məhkəmə prosesinin baxış iclası martın 17-də davam etdirilib.
Bakıvaxtı.az xəbər verir ki, təqsirləndirilən şəxs Levon Mnatsakanyan bir dəfə onlara xaricdən binokl gətirilmsindən də danışıb: “2015-ci il, yaxud ondan əvvəl idi, dəqiq bilmirəm, Ermənistana Amerikadan və ya haradansa binokllar və digər ləvazimatlar gətirmişdilər. Onu da sonradan birbaşa gətirməyi qadağan etdilər. Həmin yardımlar gəlib Ermənistan Müdafiə Nazirliyinin bazasına yığılırdı, ondan sonra paylanırdı”.