• Bakı 14° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.8364

    RUB - 0.0177

"Bir neçə mütəxəssis siyasi məsələlərə görə Azərbaycana gəlmədi" - AÇIQLAMA

SİYASƏT

01 Oktyabr 2023 | 09:50

Bir neçə mütəxəssis siyasi məsələlərə görə Azərbaycana gəlmədi - AÇIQLAMA

“Bir neçə mütəxəssis siyasi məsələlərə görə, Bakıda keçiriləcək 74-cü Beynəlxalq Astronavtika Konqresində iştirak etmək üçün Azərbaycana gəlmək istəmədiklərini deyiblər. Biz onların mövqeyinə hörmətlə yanaşırıq. Vurğulayım ki, konqresin işinin uğurlu olması üçün bütün imkanlar yaradılıb”. 

Bakıvaxtı.az xəbər verir ki, bunu Beynəlxalq Astronavtika Federasiyasının (İAF) prezidentinin parlamentar və nazirlərlə əlaqələr üzrə xüsusi müşaviri Dominik Tilmans bildirib.

D.Tilmans açıqlamasında ad çəkməyib.

Qeyd edək ki, konqresin bu gün keçirilən tədbirinin proqramına əsasən Slovakiya Kosmik Ofisi Sənaye Filialının direktoru Mixal Briçtanın adı natiqlər siyahısında olsa da, o çıxış etməyib. 

Ramid İbrahimov


SON XƏBƏRLƏR