ABŞ Dövlət katibi Entoni Blinken Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Görüş ATƏT XİN Şurasının İsveçin paytaxtı Stokholmda keçirlən iclası çərçivəsində baş tutacaq.
ABŞ dövlət katibinin Lavrovla görüşdən əvvəl Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə də danışıqlar aparacaq.
















