• Bakı 26° C

    13.53 m/s

  • USD - 1.7

    EUR - 1.9797

    RUB - 1.971

BMT ilə şəhərsalma prioritetləri müzakirə edildi

SİYASƏT

29 Dekabr 2025 | 10:54

BMT ilə şəhərsalma prioritetləri müzakirə edildi

Azərbaycan və BMT arasında şəhərsalma sahəsində gələcək hədəflər müzakirə olunub.

Bakıvaxtı.az bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə istinadən xəbər verir.

Komitə sədri Anar Quliyev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi xanım Vladanka Andreyeva ilə ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüş keçirib.

Görüş zamanı Azərbaycan Hökuməti ilə BMT arasında 2026–2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədinin icrası çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edilib ki, bu sənəd Azərbaycanın Milli Prioritetlərinə uyğun olaraq gələcəyə yönəlmiş tərəfdaşlıq üçün mühüm əsasdır və xüsusilə Dayanıqlı İnkişaf Məqsədlərindən "Dayanıqlı şəhərlər və icmalar"ın icrasına əhəmiyyətli töhfə verir.

A.Quliyev Rezident əlaqələndirici kimi fəaliyyəti dövründə göstərdiyi şəxsi fəallığa və konstruktiv tərəfdaşlığa görə qonağa təşəkkürünü bildirib.

Qarabağ və Şərqi Zəngəzurda Milli Şəhərsalma Forumlarının keçirilməsi, eləcə də 13-cü Ümumdünya Şəhərsalma Forumuna hazırlıq çərçivəsində aparılan səmərəli və məzmunlu dialoq xüsusilə vurğulanıb.


BMT ilə şəhərsalma prioritetləri müzakirə edildiBMT ilə şəhərsalma prioritetləri müzakirə edildi
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

28 Avqust 2026