BMT-nin Qəzzadakı Layihə Xidmətləri Ofisinə (qonaq evinə) hücum edilib, ölən və yaralılar var.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda BMT Baş katibinin sözçüsünün müavini Farhan Haq mətbuat konfransında Baş katib Antonio Quterreşin bəyanatını səsləndirib.
Qeyd olunub ki, insident zamanı 1 əməkdaş öldürülüb, 5-i isə ağır yaralanıb.
Quterreş qonaq evinə edilən hücumu pisləyib və hərtərəfli təhqiqatın aparılmasını tələb edib.
BMT obyektlərinin bütün tərəflərə məlum olduğu və beynəlxalq hüquq çərçivəsində qorunmalı olduğu vurğulanan bəyanatda, "Baş katib BMT personalına edilən hər hansı hücumu pisləyir və hərtərəfli araşdırma tələb edir" ifadəsi işlədilib.