BMT-nin məruzəçisi Alice Jill Edvard Suriyanın devrilmiş lideri Bəşər Əsədin törətdiyi cinayətlərə görə ədalət məhkəməsi qarşısında cavab verməli olduğunu bildirib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, onun sözlərinə görə, Beynəlxalq Cinayət Məhkəməsinin Əsədin mühakimə olunması üçün ən uyğun yerdir:
"Məncə baş verənlər suriyalılar üçün dönüş nöqtəsidir. Düşünürəm ki, optimist olmalıyıq, amma təbii ki, biz də diqqətli olmalıyıq. Demokratik prinsiplərə və insan haqlarına keçidin həyata keçirildiyinə əmin olmalıyıq. Təhlükəsiz və Suriya xalqının bu nöqtəyə gəlməsini dəstəkləyəcəyik”.
Suriyada son bir neçə həftədə ortaya çıxanların BMT-nin İşgəncələr üzrə Xüsusi Məruzəçi Ofisinin 2011-ci ildən bəri tərtib etdiyi sənədlərlə uyğunlaşdığını qeyd edən Edvard bildirib:
“Mən çox şadam ki, son illərdə baş verənlər artıq yekunlaşıb. Ümid edirəm ki, həqiqəti söyləmək, barışıq və ədalət prosesi yaranacaq”.
Əli Hüseynov